...

Zığ küçəsindəki 34 saylı binada yanğın baş verib

Hadisə Materials 28 Dekabr 2006 15:38 (UTC +04:00)

Dekabrın 28-də Bakı şəhəri, Xətai rayonu, Zığ küçəsindəki 34 saylı binada yanğın baş verib. Bu barədə Trend ə FHN Baş Yanğından Mühafizə Xidmətinin qaynar xəttindən məlumat verilib.

Yanğın səhər saatlarında baş verib. Əraziyə Baş Yağından Mühafizə Xidmətinin Xətai rayonundakı hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın qısa vaxt ərzində söndürülüb.

Qaynar xəttdən bildiriblər ki, yanğın nəticəsində binanın bir sıra yanar konstruksiyaları yansa da, hadisə itkisiz ötüşüb.

Xəbər lenti

Xəbər lenti