...

Sintez-Kauçuk Zavovdunda baş vermiş partlayış nəticəsində həlak olanların cəsədləri ailələrinə verilib

Hadisə Materials 30 Dekabr 2006 12:31 (UTC +04:00)

Dekabrın 29-da saat 19.00 radələrində Sumqayıtdakı Sintez-Kauçuk Zavodunda baş vermiş partlayış nəticəsində həlak olmuş 1965-ci il təvəllüdlü Mustafayeva Şükufə Mürsəl qızının və 1953-cü il təvəllüdlü Şıxəliyeva Samirə Xeybər qızının cəsədləri dekabrın 30-da saat 12.00-da ailələrinə verliib. Bu barədə Trend ə Sumqayıt Şəhər Kliniki Xəstəxanasının tibbi ekspertiza şöbəsindən məlumat verilib.

Hər iki mərhum zavodun işçiləri olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş yaralılar 1947-ci il təvəllüdlü Əliyev Qafur Mikayıl oğlu, 1965-ci il təvəllüdlü Qasımova Əntiqə Məhəmmədəli qızı, 1956-cı il təvəllüdlü Həsənov Fikrət Həsən oğlu və 1951-ci il təvəllüdlü Əhmədov Salam Əhməd oğlunun isə vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, "Azərkimya" Dövlət Şirkətinə məxsus Sintez-Kauçuk zavodunun "Butadien" sexində yanğınla nəticələnən partlayış baş verib. Hadisə yerinə yanğınsöndürmə, qəza-xilasetmə məqsədilə Sumqayıt və Bakı şəhərinin müxtəlif rayonlarından 15-dən çox yanğınsöndürən avtomobil, həmçinin Mülki Müdafiə Qoşunlarının 235 nəfər döyüşçüsü və 12 müxtəlif texnikası cəlb edilib.

Qəzanın baş verdiyi ərazidə xilasetmə işlərini həyata keçirən xilasedicilər, təxminən saat 21 radələrində iki nəfərin cəsədini aşkar ediblər.

Xəbər lenti

Xəbər lenti