...

Yasamaldakı insidentlə bağlı 2 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub

Hadisə Materials 12 Mart 2007 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 8-də Yasamal rayonu ərazisində, Şərifzadə küçəsindəki "Ət bazarı"nın sökülməsi ilə əlaqədar polislərlə satıcılar arasında baş vermiş insidentlə bağlı 2 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Yasamal rayon prokurorluğundan verilən məlumata görə, Laçın rayonunun Minkənd kənd sakinləri Vüqar Mürsəlov və Cəlil Səfərov Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Hadisə ilə bağlı saxlanılan digər şəxslər isə azadlığa buraxılıb. Yasamal rayon prokurorluğunun müstəntiqi Ələkbər Rzayev istintaqın gedişində saxlanılan şəxslərin sayının artacağını da istisna etməyib. Məlum insident zamanı 8 nəfər polis əməkdaşı ağır, az ağır və yüngül dərəcələ bədən xəsarəti alıblar. Onlar arasında Yasamal Rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov da var. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti