...

Gəncədə güclü yanğın baş verib

Hadisə Materials 25 Aprel 2007 15:43 (UTC +04:00)

Verilən məlumata görə, yanğın Azbarit 30 ünvanında yerləşən taxta-şalban sexində olub. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis əvəzi Şahin Məmmədov bildirib ki, yanğın barədə məlumat daxil olan kimi hadisə yerinə yollanılıb. Saat 3:10 radələrində Kəpəz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti yanğın olan əraziyə çatıb və saat 4:00 da yanğın tamam söndürülüb.

Müsahib qeyd edib ki, yanğın zamanı 140 kvadrat metr ərazisi olan taxta emalı sexinin 60 kv.m-i yanaraq yararsız hala düşüb. Xoşbəxtlikdən nə sexdə, nə də yanğın baş verən ərazidə zərər çəkən olmayıb.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hazırda hadisə yerində istintaq qrupu işləyir və onlar yanğının başvermə səbəblərini araşdırırlar.

Xəbər lenti

Xəbər lenti