...

Lerik rayonuna dolu düşüb

Hadisə Materials 21 İyun 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lerik rayonuna yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara, kartof sahələrinə, taxıl zəmilərinə ziyan dəyib.

İyunun 20-də saat 17:05 radələrində başlayan yağıntı nəticəsində dəyən ziyanın ümumi həcmi hələ ki müəyyənləşdirilməyib. Yağıntı güclü küləklə müşahidə olunub. Kənd sakinləri çaylarda mal-qara cəsədlərinə rast gəldiklərini deyiblər.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun dediyinə görə, operativ qaydada yaşayış məntəqələri ilə əlaqə saxlayırlar. Onun sözlərinə görə, rayonda elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Lerikin işıq təchizatını təmin etmək üçün qonşu Lənkəran rayonundan elektrik xətləri ayrılıb.

Xəbər lenti

Xəbər lenti