...

Astara rayonunda yol qəzası baş verib

Hadisə Materials 25 İyun 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ 25 iyun səhər saat 11:00 radələrində Astara rayonunun Mirzə Cəbiyev küçəsində yol qəzası baş verib. VAZ 2106 markalı avtomobilə Mersedes markalı avtomobil toqquşub. Nəticədə ağır bədən xəsarətləri alan Mersedes avtomobilinin sürücüsü Eldar Əliyev Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan zaman yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti