...

Qobustan cəzaçəkmə müəssisəsində məhbuslar özlərinə bədən xəsarəti yetiriblər

Hadisə Materials 16 Avqust 2007 21:24 (UTC +04:00)
Qobustan cəzaçəkmə müəssisəsində məhbuslar özlərinə bədən xəsarəti yetiriblər

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı cəzaçəkmə müəssisəsində cəza çəkən bir neçə məhbus onlara olan təyziqlərə qarşı çıxaraq özlərinə bədən xəsarəti yetirib.

Məlumatlı mənbənin Trend ə verdiyi xəbərə görə, ömürlük həbs cəzası çəkən Akif Hacıbalayev və Rauf Eyvazov qan damarlarını kəsib və qarın nahiyələrinə xəsarət yetiriblər. Bir neçə məhbus isə boğaz nahiyəsindəki damarlarına xəsarət yetiriblər.

Mənbənin bildirdiyinə görə, hadisəyə səbəb türmə rəisi Əlizadə Hüseynov, eləcə də cəzaçəkmə müəssisəsinin əməkdaşları Tofiq Aslanov və Aydın Qaytəmirov tərəfindən məhbuslara qarşı göstərilən təyziqlər olub.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qurumun hadisə ilə əlaqədar məlumatı var və sabah məsələyə aydınlıq gətiriləcək.

Qobustan qapalı cəzaçəkmə müəssisəsində 85 nəfər ömürlük həbs cəzasına məhkum olmuş məhbus cəza çəkir. Onlar dəfələrlə cəza müddətlərinin 15 ilə qədər azaldılması tələbi ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti