...

Azərbayacan səfirliyi Türkiyədə terrorçular tərəfindən tutulan təyyarədə azərbaycanlıların olmasını araşdırır

Hadisə Materials 18 Avqust 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyədə terrorçular tərəfindən ələ keçirilən təyyarədə azərbayacanlıların olub olmamasını araşdırır. Bu barədə şənbə günü Azərbayacanın bu ölkədəki səfiri Zakir Haşımov məlumat verib.

Türkiyənin NTV kanalının verdiyi məlumata görə Şimali Kiprdən İstambula uçarkən terrorçular tərəfindən ələ keçirilən təyyarə Türkiyənin Antalya şəhərində enib. Göyərtəsində 136 sərnişinin və 6 ekipaj üzvü olan təyyarə Türkiyənin "Atlas-Jet" aviaşirkətinə məxsusdur. Kanalın verdiyi məlumata görə terrorçular iki nəfərdi. Onlar, təyyarə Şimali Kiprin Ercan hava limanından havaya qalxdıqdan az sonra təyyarəni partlatmaq hədəsi ilə ələ keçirmək cəhdi göstəriblər. Terrorçulardan biri əlində qumbaranın olduğunu iddia etsə də bu məlumat hələ təsdiq olunmayıb. Təyyarənin kabina qapısının terrorçular tərəfindən qırılması cəhdi zamanı pilotlar yanacaq çatışmazlığı ucbatından onların tələblərini yerinə yetirə bilməyəcəklərini bildiriblər. NTV-nin verdiyi məlumata görə terrorçular stüardlardan birini girov götürüblər. Hazırda təyyarə Antaliyada yanacaq dodurmaq üçün uçuş zolağındadır. Təyyarənin qaçılması barədə məlumat sərnişinlərdən birinin anası tərəfindən bildirilib. Aviaşirkətin nümayəndəsi Tuncay Boener NTV-yə bildirib ki, heç kəsə zərər verilməyib. Onun sözlərinə görə, xüsusi xidmət orqanları hələ ki heç bir tədbir görməyibAzərbayacan səfirinin sözlərinə görə, təyyarədəki sərnişinlərin siyahısə hələ ki dəqiqləşdirilir. Səfirlik nümayəndələri hadisələrin gedişini izləyir.

Xəbər lenti

Xəbər lenti