...

Azərbaycan ərazisində zəlzələ baş verib

Hadisə Materials 23 Avqust 2007 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Şamaxı rayonunda cümə axşamı səhər saatlarında zəlzələ olub. Bu barədə cümə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Arif Həsənov məlumat verib.

Azərbaycan ərazisində il ərzində 15-ə yaxın hiss olunan zəlzələlər qeydə alınıb. Bu zəlzələlər Yardımlı, Lənkəran, Quba, Astara, Şamaxı və digər rayonlarda baş verib. İl ərzində ölkə ərazisində 400-ə yaxın hiss olunmayan xırda təkanlar qeydə alınıb.

Həsənov bildirib ki, zəlzələnin episendri Şamaxının mərkəzindən 25 kilometr qərbində 4 bal gücündə baş verib. Onun sözlərinə görə, yeraltı təkanların dərinli az olduğundan, zəlzələ digər rayonlarda hiss olunmayıb.

Trend in bölgə müxbirinin məlumatında isə zəlzələnin İsmayıllı rayonunda da hiss olunduğunu deyib.

Azərbaycanda insan tələfatı və ciddi dağıntılara səbəb olan sonuncu zəlzələ 2000-ci ilin noyabrında Bakıda baş verib.

Şamaxı paytaxt Bakıdan 150 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti