...

Təbabətdə sıçrayış uzaqda deyil: ekspertlər gövdə hüceyrələrini necə asan əldə etməyi öyrəniblər

Maraqlı Materials 21 Noyabr 2011 17:55 (UTC +04:00)
Çin alimləri plüripotent gövdə hüceyrəsinin (IPS) əldə olunması prosedurunun səmərəliliyinin artırılmasına qadir olan əsas proteini aşkar ediblər.
Təbabətdə sıçrayış uzaqda deyil: ekspertlər gövdə hüceyrələrini necə asan əldə etməyi öyrəniblər

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Çin alimləri plüripotent gövdə hüceyrəsinin (IPS) əldə olunması prosedurunun səmərəliliyinin artırılmasına qadir olan əsas proteini aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verir. Bu ixtira Quançjou Biotəbabət və Səhiyyə İnstitutunun və Çin Elmlər Akademiyasının əməkdaşlarına məxsusdur.

Onlar xüsusi enzim kəşf etməyə nail olublar. O, C vitaminin bədən hüceyrələrini IPS-hüceyrələrə çevirməsi qabiliyyətini yaxşılaşdıra bilər. Qeyd etmək lazımdır ki, alimlər uzun illər hüceyrələrin təkrar proqramlaşdırılması prosesi və IPS-hüceyrələrlə münasibətdə onun səmərəliliyinin artırılması problemi ilə mübarizə aparıblar.

Hesab edilir ki, IPS-hüceyrələr transplantologiyanın, gen terapiyasının və digər perspektivli sahələrin gələcəyidir. Alimlər ilk dəfə olaraq təkrar proqramlaşdırılma üçün genetik metodlara 2008-ci ildə müraciət ediblər. Həmin vaxt onlar buna hüceyrələrə "embrional" genlərin yeridilməsi sayəsində nail ola bilmişdilər.

2009-cu ildə isə Pen Duankinqin rəhbərliyi altında tədqiqat qrupu müəyyən edib ki, C vitamini hüceyrələrin yenidən proqramlaşdırılmasına imkan verən əsas inqredientdir.

Xəbər lenti

Xəbər lenti