...

ABŞ qan xəstəliklərinin müalicəsi sistemini kökündən dəyişdirir

Maraqlı Materials 2 Dekabr 2011 20:08 (UTC +04:00)
Yaxın vaxtlarda ABŞ-da onurğa beyini donorları bioloji materialı təqdim etmək müqabilində haqq ala biləcək və buna görə cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.
ABŞ qan xəstəliklərinin müalicəsi sistemini kökündən dəyişdirir

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Yaxın vaxtlarda ABŞ-da onurğa beyini donorları bioloji materialı təqdim etmək müqabilində haqq ala biləcək və buna görə cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. Bu barədə Trend "Reuters" agentliyinə istinadən xəbər verir.

Məhkəmə qərara alıb ki, müasir texnologiyalar hesabına onurğa beyninin transplantasiyası həmin bioloji materialı orqan kimi deyil, daha çox qan kimi qiymətləndirməyə imkan verir. Öz növbəsində, Orqanların köçürülmsi haqqında Milli akt böyrək kimi orqanların verilməsinə görə pul kompensasiyasının alınmasını qadağan edir. Lakin qan və sperma tipli bərpa olunan resurslara görə pul ödəməyə icazə verilir.

Hələ 2009-cu ildə xəstə uşaqların valideynləri həkimin dəstəyi ilə baş prokuror Erik Holderi məhkəməyə veriblər və bununla da onlar onurğa beyini donorlarına kompensasiyaya qadağanı ləğv etməyə çağırıblar. Onların fikrincə, uyğun donor tapmaq çox çətin olduğundan, onu qiymətləndirmək vacibdir. Öz növbəsində, hökumət nümayəndələri bəyan edirlər ki, ödənişin tətbiq edilməsi adamlardan maliyyə maraqları baxımından istifadə edilməsi təhlükəsi yaradır.

Müvafiq qadağanın ləğvi isə Birləşmiş Ştatlarda ölümcül qan xəstəliklərinin müalicəsini kökündən dəyişəcək. Bundan sonra donorların cəlb edilməsi kompensasiyanın istənilən forması kimi mümkün olacaq. Pasiyentlər isə sığorta şirkətlərindən onların uyğun hesab edilən donorun xidmət haqqının ödənilməsini xahiş edə bilərlər.

Xəbər lenti

Xəbər lenti