...

Çinlilər saxta yumurta istehsal ediblər

Maraqlı Materials 16 Yanvar 2012 20:03 (UTC +04:00)
Saxta məhsullar hazırlamaqda məşhur olan çinlilər indi də saxta yumurta istehsal etməyə müvəffəq olublar.
Çinlilər saxta yumurta istehsal ediblər

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir M.Salmanov/

Saxta məhsullar hazırlamaqda məşhur olan çinlilər indi də saxta yumurta istehsal etməyə müvəffəq olublar. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, çinlilər bununla kifayətlənməyərək sirlərini paylaşmaq üçün "saxta yumurta kursları" açıblar. Belə kurslardan biri ölkənin cənubundakı Şenjen şəhərində açılıb.

Məhz həmin kursa gizli yolla daxil olan honqkonqlu jurnalistin əldə etdiyi məlumat ölkə ictimaiyyətini heyrətləndirib.

Parafin və jelatin kimi müxtəlif kimyəvi maddələr sayəsində istehsal edilən yumurtaları əslindən fərqləndirmək xeyli çətindir.

Xəbər lenti

Xəbər lenti