...

iPhone istifadəçilərinə xəbərdarlıq

Maraqlı Materials 12 Fevral 2012 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend /
Apple-ın populyar iTunes xidmətinin istifadəçilərinin bank hesabları xakerlər tərəfindən boşaldılır. Trend-in məlumatına görə, bu barədə xəbəri Türkiyənin "Hürriyət" qəzeti yayıb.

Bu məsələ Apple-ın iTunes istifadəçilərinin geri ödəmə etməsi ilə ortaya çıxdı. Xakerlər Apple istifadəçilərinə iTunes adından saxta qəbzlər göndərirlər. Qəbzlərdə guya istifadəçi tərəfindən edilmiş bahalı alış-veriş barədə məlumat verilir. Aldığı məktubdan həyəcanlanan istifadəçi dərhal göstərilən linkə keçir və açılan növbəti səhifədə təklif edilir ki, müvafiq sənədlərə baxmaq üçün xüsusi proqram yüklənilsin. Bu saxta proqramı yükləyəndən dərhal sonra o, istifadəçini virusla zədələnmiş saytlara yönəldir, hansılar ki, bank rekvizitlərini oğurlayırlar.

Apple-n məsələ ilə bağlı açıqlamasında deyilir ki, şirkət istifadəçilərinin şəxsi məlumatlarının qorunması istiqamətində müvafiq işlər görür. "Apple-ın online servisləri Apple Online Store və iTunes Store, SSL xüsusi şifrələmə texnologiyası ilə qorunur", - şirkətin məlumatında deyilir.

İstifadəçilərin isə bir qismi uzun vaxtdır şəxsi hesablarına üçüncü şəxslərin daxil olması ilə bağlı şikayətləri hələ də daxil olur.
Mütəxəsislər iTunes hesabı olanlara isə məsləhət görülür ki, şübhələndikləri təqdirdə hesabın şifrəsini dəyişdirsinlər və yeni şifrədə daha çox simvollardan, rəqəmlərdən istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti