...

Üzün köçürülməsi üçün nə qədər pul lazımdır?

Maraqlı Materials 26 Fevral 2012 15:01 (UTC +04:00)
Türkiyənin Sosial Təminat İdarəsinin (STİ) Qiymət Komissiyası Türkiyədə insana ilk üz köçürülməsi əməliyyatını həyata keçirən professor Ömər Özkandan həmin əməliyyatlar üzrə təkliflərin "qiymət paketi"ni açıqlamağı xahiş edib.
Üzün köçürülməsi üçün nə qədər pul lazımdır?

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Türkiyənin Sosial Təminat İdarəsinin (STİ) Qiymət Komissiyası Türkiyədə insana ilk üz köçürülməsi əməliyyatını həyata keçirən professor Ömər Özkandan həmin əməliyyatlar üzrə təkliflərin "qiymət paketi"ni açıqlamağı xahiş edib.

Professor Özkan bir cüt qolun köçürülməsi üçün 200 min lirə, üz köçürülməsi üçün isə 250 min lirənin lazım olacağını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər verir.

Müxtəlif universitetlərdə görüş keçirən Əmək, Maliyyə, İnkişaf və Səhiyyə nazirliklərinin nümayəndələrinin daxil olduğu Qiymət Komissiyası qarşıdakı həftələrdə toplaşaraq STİ-nin bu əməliyyatlar üçün ödəyəcəyi rəqəmi açıqlayacaq.

STİ-nin Antalya üzrə direktoru Səlim Erol qurumun bir az əvvəl artıq ürək köçürülməsi üçün 56 min dollar, qaraciyər nəqli üçün 77 min və böyrək nəqli üçün 35 min dollar pul köçürdüyünü bildirib.

Xəbər lenti

Xəbər lenti