...

Ağrıkəsici dərmanlar qan təzyiqini artırır

Maraqlı Materials 23 Mart 2012 11:03 (UTC +04:00)
Təl-Əviv Universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, insult, infarkt və anevrizm riskini artıran hipertoniyaya səbəb ağrıkəsici dərmanlar ola bilər.
Ağrıkəsici dərmanlar qan təzyiqini artırır

Azərbaycan, Bakı, 23 mart /Trend/

Təl-Əviv Universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, insult, infarkt və anevrizm riskini artıran hipertoniyaya səbəb ağrıkəsici dərmanlar ola bilər. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Hesab olunurdu ki, yüksək qan təzyiqinə başlıca səbəb böyrəklərin fəaliyyətinin dayanması və endokrin şişlərdir. "American Journal of Medicine" jurnalında dərc olunmuş tədqiqatın nəticələri isə göstərir ki, günahkar geniş tətbiq olunan dərman vasitələrinin tərkib hissələridir.

Xüsusilə, tez-tez qəbul edilən dərman preparatlarının (məsələn, ağrıkəsicilər) tərkibinə daxil olan birləşmə qan təzyiqini artırır və təzyiqi aşağı salan preparatlara müqavimət göstərir. Ona görə də alimlər xəbərdarlıq edirlər ki, bir çox pasiyentlər və hətta tibb işçiləri mümkün risklər barədə heç nə bilmirlər.

Xəbər lenti

Xəbər lenti