...

Britaniyada intihar riski cavanlaşır

Maraqlı Materials 21 Sentyabr 2012 11:04 (UTC +04:00)
Böyük Britaniyada 30-60 yaşlı kişilər arasında intihar riski son dərəcə böyükdür. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i “Deyli Meyl” qəzetinə istinadən xəbər verir.
Britaniyada intihar riski cavanlaşır

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Böyük Britaniyada 30-60 yaşlı kişilər arasında intihar riski son dərəcə böyükdür. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i "Deyli Meyl" qəzetinə istinadən xəbər verir.

Jurnalist Tamara Koen britaniyalı alimlərin yeni araşdırmalarına istinad edərək bunun yeni fenomen olduğunu yazır. Çünki əvvəllər 15-35 yaş arasında olan kişilər "risk qrupu" hesab edilirdi. Müasir statistikaya görə, Britaniyada hər il 30-60 yaş arasında 3 minə yaxın kişi intihar edir. Bu, gənclər arasında göstəricini iki dəfədən çox artırır.

Ekspertlər 30-60 yaş arasında britaniyalıları "bufer nəsil" adlandırırlar. "Bu kişilər özlərini necə daha yaxşı aparacaqlarını bilmirlər: ənənəvi kişi davranışlarını təcrübədən keçirən atalarını, yoxsa öz emosiyalarını boğmayan gənc nəsli yamsılamalı?", - məqalədə deyilir.

Bəs, görəsən, bunun səbəbi nədir? Britaniyanın "Samaritans" xeyriyyə cəmiyyətinin ekspertləri hesab edirlər ki, ənənəvi kişi peşələrinin azalması və "qəbir evinədək" nikah bağlamaq ənənəsinin demək olar ki, itməsi kişilərdə "kişi qürurunu və fərdiliyini" darmadağın edir. 35-55 yaşlı kişilər qadınlara nisbətən ər-arvad mübahisələrini və boşanmaları daha ağrılı qəbul edirlər. "Kişilər qadınların emosional dəstəyindən daha çox asılıdırlar, onların dostları daha azdır", - məqalədə deyilir.

Britaniyalı fəhlələr daha ağır vəziyyətdədirlər: "Onlar imkanlı şəxslərdən 10 dəfə çox intihar edirlər". Qəzet bunu işsizlik və Britaniyanın hazırkı "xidmət iqtisadiyyatında" fəhlə peşələrinə tələbatın olmaması ilə izah edirlər.

Xəbər lenti

Xəbər lenti