...

Sağlam həyat tərzi piy toxumasının iş sxemini dəyişdirir

Maraqlı Materials 16 Oktyabr 2012 16:45 (UTC +04:00)
Artıq çəkiyə və II diabetə malik adamlar piy hüceyrələrinin işinə təsir edərək xolesterin göstəricisini yaxşılaşdıra bilərlər. ABŞ-ın Hyuston şəhərindəki Metodist xəstəxanası bunun sirrinin fiziki fəallıqda və düzgün rasionda olduğunu aydınlaşdırıb.
Sağlam həyat tərzi piy toxumasının iş sxemini dəyişdirir

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Artıq çəkiyə və II diabetə malik adamlar piy hüceyrələrinin işinə təsir edərək xolesterin göstəricisini yaxşılaşdıra bilərlər. ABŞ-ın Hyuston şəhərindəki Metodist xəstəxanası bunun sirrinin fiziki fəallıqda və düzgün rasionda olduğunu aydınlaşdırıb. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Həkimlər bunu pasiyentlər qrupunun nümunəsində yoxlayıblar. Onlardan kimisi pəhrizə oturdulub və məşqlər proqramı verilib, digər könüllülər qrupuna isə yalnız diabetikin özünü necə aparmalı olduğu barədə məsləhətlər verilib.

Bir il ərzində həkimlər I qrupda piylənmə göstəricilərinin, fiziki formanın, qanda şəkərin və yağın miqdarının əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeydə alıblar. Bu qrupdakı pasiyentlərdə "zərərli xolesterin"in səviyyəsi dəyişməyib, amma "faydalı xolesterin", demək olar, 10 faiz artıb. Piy hüceyrələrində orqanizmdə piyin yanması və şəkər ehtiyatının saxlanması üçün vacib olan adiponektin hormonunun ifrazının ümumi səviyyəsi təqribən 12 faiz artıb.

İndi alimlər artıq "faydalı xolesterin" istehsalının stimullaşdırılması barədə danışırlar. Deməli, düzgün həyat tərzi piy əzələlərinin, ürək-damar sisteminin və əzələlərin işini yaxşılaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti