...

Qədim məqbərədən tapılan xəzinə Makedoniyalı İsgəndərin ailəsinə məxsus ola bilər (FOTO)

Maraqlı Materials 12 Noyabr 2012 16:04 (UTC +04:00)
Bolqar alimlər Sveştari şəhəri yaxınlığındakı məqbərədən tapılan qızıl bəzək əşyalarının az öyrənilmiş qədim tayfaya, ola bilsin ki, Makedoniyalı İsgəndərin ailəsinə məxsus olduğu qənaətindədirlər.
Qədim məqbərədən tapılan xəzinə Makedoniyalı İsgəndərin ailəsinə məxsus ola bilər (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Bolqar alimlər Sveştari şəhəri yaxınlığındakı məqbərədən tapılan qızıl bəzək əşyalarının az öyrənilmiş qədim tayfaya, ola bilsin ki, Makedoniyalı İsgəndərin ailəsinə məxsus olduğu qənaətindədirlər. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Qiymətli əşyaların basdırıldığı məqbərə 1982-ci ildə aşkar edilib və YUNESKO-nun Dünya İrsi Fondunun obyekti kimi mühafizə olunur. Qədim frakiyalıların mədəniyyətinə aparan həmin əşyaları alimlər çox ümidverici hesab edirlər.

Arxeoloqlar məqbərənin üst qatında aşkar etdikləri taxta yeşikdə yanmış sümüklər və qızıl sapla toxunmuş parçaya bükülmüş ayin hədiyyələrinə rast gəliblər. Həmin tapıntılar arasında nəfis qızıl üzüklər, 44 qadın heykəlciyi və 100-dən çox qızıl düymə var ki, tədqiqatçılar onları bizim eradan əvvəl IV və ya III yüzilliyə aid edirlər. Alimlərin əllərinə mahir ustanın üzərində heyvan fiqurları və şir başı yerləşdirdiyi qızıl diadema da düşüb. Buradan, həmçinin at başını təsvir edən son dərəcə valehedici orijinal fiqur tapılıb.

Dəfn hədiyyələrinin 2,5 min il əvvələ aid olduğu təsəvvür edilərkən zahiri görünüşü artıq təəccübləndirsə də, sonrakı tədqiqatlar yeni maraqlı təfərrüatları ortaya çıxara bilər. Tarixçilər artıq belə bir fərziyyə irəli sürürlər ki, təmtəraqlı "ölüm hədiyyələri" çox güman Kotel adlı rəhbərin qəbrinə qoyulub. Bu şəxs Makedoniyalı İsgəndərin atası II Filippin qayınatalarından biri olub.

Xatırladaq ki, Frakiya tayfaları bizim eradan əvvəl II minillikdən eramızın III əsrinə qədər olan dövrdə müasir Bolqarıstanın şimal-qərbindən Qafqaza qədər uzanan ərazidə məskən salıblar. Onların mədəniyyəti skif, yunan və Makedoniya ənənələrinin qarışığını təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti