...

İflicdən sonra danışdığı dili unutdu

Maraqlı Materials 30 Dekabr 2012 10:19 (UTC +04:00)
81 yaşlı İngiltərə sakini Alun Morqan yenidən ingilis dilində danışmağı öyrənmək məcburiyyətində qalıb. Belə ki, bu yaxınlarda iflic keçirən qoca danışdığı dili unudub.Bu barədə Trend xarici məıtbuata istinadən xəbər verir.
İflicdən sonra danışdığı dili unutdu

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir X.Murtuzayeva/

81 yaşlı İngiltərə sakini Alan Morqan yenidən ingilis dilində danışmağı öyrənmək məcburiyyətində qalıb. Belə ki, bu yaxınlarda iflic keçirən qoca danışdığı dili unudub. Bu barədə Trend xarici məıtbuata istinadən xəbər verir.

O, 70 il əvvəl, İkinci Dünya müharibəsindən sonra 10 yaşında ikən Uelsdən İngiltərəyə köçür. İngiliscə danışmağa başladıqdan sonra heç vaxt Uels dilində danışmayan yaşlı adamın həyatı iflic keçirdikdən sonra alt-üst olur. Çünki Uelsdən ayrıldıqdan bəri heç vaxt uelscə danışmayan Morqan ingilis dilini unudaraq tamamilə Uels dilində danışmağa başlayıb.

Morqanın bu vəziyyəti iflic keçirdikdən 3 həftə sonra onun şüurunun geri qayıtmasından sonra aşkara çıxıb. Afaziya, yəni danışma çətinliyi diaqnozu qoyulan yaşlı adamın yeganə istəyi yenidən ingiliscə danışa bilməkdir.

Qeyd edək ki, afaziya beynin sol yarımkürəsində yaranan nitq pozğunluğudur və özündə nitq fəaliyyətinin sistemli pozğunluğunun bir neçə formasını ehtiva edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti