...

Dünyada istehsal edilən qida məhsullarının 50 faizi yeyilmir

Maraqlı Materials 10 Yanvar 2013 19:50 (UTC +04:00)
Dünyada istehsal edilən ümumi qida məhsullarının 30-50 faizi yeyilmir. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə mərkəzi ofisi İngiltərədə yerləşən Maşın Mühəndisləri İnstitutunun hazırladığı hesabatda deyilir.
Dünyada istehsal edilən qida məhsullarının 50 faizi yeyilmir

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Dünyada istehsal edilən ümumi qida məhsullarının 30-50 faizi yeyilmir. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə mərkəzi ofisi İngiltərədə yerləşən Maşın Mühəndisləri İnstitutunun hazırladığı hesabatda deyilir.

Hesabata görə, bunun əsas səbəbləri arasında məhsulların anbarlarda saxlanmasında yaranan problemlər, eləcə də istehsal tarixi ilə son istifadə tarixi arasında olduqca az müddətin göstərilməsidir.

Araşdırmaçıların bildirdiyinə görə, Avropa ölkələri və ABŞ-da satın alınan qida məhsullarının təqribən yarısı zibilliyə atılır. Hesabatda o da göstərilir ki, İngiltərədə yetişdirilən tərəvəzin 30 faizi sırf görünüşü bəyənilmədiyi üçün yığılmır.

Məlumata görə, dünya miqyasında ildə 4 milyard ton qida istehal edilir ki, bunun da 2 milyard tona yaxını yeyilmədən torpaqda qalır və ya zibilliyə atılır. Bunun nəticəsi olaraq, ildə 550 milyard kubmetr su kənd təsərrüfatı məhsulları üçün boş yerə axıdılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti