Azərbaycan, Bakı, 11 fevral / Trend müxbir E. Qəzvini/
58-ci Eurovision musiqi yarışmasında İrlandiyani İnchequin adlı qrup təmsil edəcək. Trend-in TRThabere istinadən məlumatina görə, 3 Türk və 2 irlandiyalıdan ibarət sözü gedən qrup finala qatılma şansı əldə edib. Ən maraqlısı isə odur ki, qrup üzvləri "Son kez" adlı mahnı ilə İsveçin Malmö şəhərində keçiriləcək musiqi yarışmasında iştirak edəcək. Bildirilir ki, mahnının adi türkcə olsa da, əksər hissəsi ingiliscə səsləndiriləcək.
Lakin mahnının cox yerində təkrar olunacaq nəqarətlər isə türkcə oxunacaq. İrlandiyalı musiqiçilərə gəlincə, onlar 2009-cu ildə Türkiyədə yaşamağa qərar verdikdən sonra Bodrum şəhərində məskunlaşıblar. Qrup üzvləri Türk folkloru ilə İrlandiya folklor musiqisini birləşdirərək,sintez halına gətiriblər