...

Everestin 80 yaşlı fatehi

Maraqlı Materials 24 May 2013 20:40 (UTC +04:00)
Yaponiyalı Yuiçiro Miura 80 yaşında Everest zirvəsinə çıxmaqla rekorda imza atıb.
Everestin 80 yaşlı fatehi

Azərbaycan, Bakı, 24 may /Trend/

Yaponiyalı Yuiçiro Miura 80 yaşında Everest zirvəsinə çıxmaqla rekorda imza atıb.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, 80 yaşlı alpinist dünyanın ən hündür zirvəsini fəth edən ən yaşlı insan adına sahib çıxıb.

Miura 8850 metr hündürlüyündə olan zirvəyə oğlu Qota ilə birlikdə çıxıb. O, Everest zirvəsindən qızı Emiliyaya zəng edərək bunları söyləyib: "Bacardım. Bu yaşda zirvəni fəth edəcəyim ağlıma gəlməzdi".

Bir neçə ay əvvəl ürəyindən əməliyyat keçirən Miura buna rəğmən planlarını dəyişməyib. O, 70 və 75 yaşında da Everesti fəth edə bilmişdi.

Qeyd edək ki, əvvəlki rekord 2008-ci ildə 76 yaşında Everest zirvəsinə dırmanan nepallı Min Bahadir Şerçandiyə məxsus olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti