...

Dünyanın ən böyük vulkanı tapıldı

Maraqlı Materials 8 Sentyabr 2013 12:21 (UTC +04:00)
ABŞ-ın Hyuston Universitetinin əməkdaşları dünyanın ən böyük vulkanının Sakit okeanın dərinliklərində olduğunu aşkar ediblər.
Dünyanın ən böyük vulkanı tapıldı

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

ABŞ-ın Hyuston Universitetinin əməkdaşları dünyanın ən böyük vulkanının Sakit okeanın dərinliklərində olduğunu aşkar ediblər.

Trend-in məlumatına görə, vulkan milyon illərdir aktiv deyil. Universitet nəzdindəki Dünya və Atmosfer Elmləri Departamenti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, bu vulkan Yaponiyanın 1600 kilometr şərqindəki aktiv olmayan Tamu massividir (dağ kütləsi). Bu, dünyada ən böyük vulkan xüsusiyyətini daşıyır.

Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2 min metr dərinlikdə olan vulkan okean tavasından 6,4 kilometr yüksəkliyə qədər uzanır. 130-145 milyon il əvvəl son şəklini alan dağ kütləsi 260 min km quru sahədə yüksəlir. Bu vulkan sadəcə Yerdə ən böyük yanardağ deyil, eyni zamanda, Günəş sistemindəki digər planetlərdə kəşf edilən vulkanlarla, demək olar, eyni ölçüdədir.

Araşdırmaya 20 il əvvəl başladıqlarını bildirən professor Uilyam Seycer vulkanın mərkəzindəki bir qaynaqdan püskürmə olduğunu dəqiqləşdirdiklərini də deyib: "Bu, dünyada indiyədək kəşf edilən ən böyük tək ağızlı vulkandır".

Xəbər lenti

Xəbər lenti