...

"Göylərin kraliçası" üçün vida vaxtı

Maraqlı Materials 26 Oktyabr 2013 05:43 (UTC +04:00)
İlk ticari uçuşunu 1970-ci ildə həyata keçirən "Boeing 747" təyyarəsi artıq son dövrlərinə yaxınlaşır.
"Göylərin kraliçası" üçün vida vaxtı

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

İlk ticari uçuşunu 1970-ci ildə həyata keçirən "Boeing 747" təyyarəsi artıq son dövrlərinə yaxınlaşır.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın təyyarə istehsalı şirkəti "Boeing" dörd mühərrikli 747-nin istehsalını altı ay ərzində iki dəfə dayandırıb. Şirkət 747-ni istehsal etmək niyyətindədir və xüsusilə, Asiya bölgəsi üçün bazar payının geniş olduğunu düşünür. Lakin bir çox aviaşirkətlər artıq dörd mühərrikli təyyarəyə rəğbət göstərmir. Səbəb kimi həm çox böyük, həm də oturacaq yerlərinin çox olması göstərilir.

380-560 nəfərlik oturacaq yeri olan hava gəmisi sərnişinlə dolmadığı təqdirdə ziyana işləyir. Bu da gələcəkdə "Boeing 747"-nin istehsalına əngəldir.

On illərdir hava nəqliyyatında istifadə edilən, "Göylərin kraliçası" adlandırılan "Boeing 747"-nin "gələcək taleyi"nin nə olacağı hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti