...

Alpinizm yaşa baxmır

Maraqlı Materials 5 İyun 2014 19:31 (UTC +04:00)
Kançencanqa ən çətin və yorucu zirvələrdən biri sayılır, 74-75 yaşlı adamın bu zirvəyə qalxması isə alpinizmdə əsl rekorddur.
Alpinizm yaşa baxmır

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bu mövsüm Himalay dağlarındakı Kançencanqa zirvəsi (8586 m) iki ahıl alpinist - 75 yaşlı ispaniyalı Karlos Soria və 74 yaşlı yapon Tasuo Matsumoto arasında əsl yarış yerinə çevrilib. Bu barədə Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir.

"Təqaüdçülər"in qeyri-adi yarışması bir çoxunun diqqətini cəlb edib.

Alpinistlər hündürlükdə olan hücum düşərgəsinə eyni vaxtda gəliblər, ertəsi gün - mayın 18-də zirvəyə doğru da eyni vaxtda yollanıblar. İdeyaları olduqca sadə idi: zirvəyə çatan ilk adam yaş üzrə rekordçu elan ediləcək. Bu yarış zamanı idmançılar bir-birilərini diqqətlə izləyib, biri-birindən dala qalmamağa çalışırdı.

Nəticədə K.Soria zirvəyə saat 09:05-də, T.Matsumoto isə 09:31-də çatdı.

Beləliklə, Karlos Kançencanqanı fəth edən ən yaşlı alpinist elən olunub.

8000 metrlik dağda bundan avvəl qeydə alınan yaş rekordu Böyük Britaniyadan olan 57 yaşlı Keyt Kerrə məxsus idi.

Qeyd edək ki, Kançencanqa ən çətin və yorucu zirvələrdən biri sayılır, 74-75 yaşlı adamın bu zirvəyə qalxması isə alpinizmdə əsl rekorddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti