Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Ulucay Akif/
Meksikada bələdiyyə başcısı timsahla evləndi.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu qeyri-adi hadisə Meksikanın cənub bölgələrinə xas olan bir adətdir. Belə ki, balıq ovu mövsümünün bərəkətli keçməsi üçün bu adət yerinə yetirilir. Bu adətə görə hər il bələdiyyə başçısı timsahla evləndirilir.
Bələdiyyə binasında nikah bağlanmasından sonra rəqslər başlayır. Əsl toylardan heç seçilməyən bu toyun xərclərini qəsəbə əhalisi ödəyir.
Öz payına düşən xərci ödəməyənlərə isə bələdiyyə tərəfindən cəza verilir.
Yüzlərlə insanın qatıldığı toydan sonra balıq ovu mövsümünün uğurlu keçəcəyi gözlənilir.