...

Avstraliyalının "iPhone 6" sevinci uzun sürmədi

Maraqlı Materials 19 Sentyabr 2014 12:17 (UTC +04:00)
Avstraliyanın Pert şəhərində "iPhone 6"-nın ilk alıcısı mağazadan uzaqlaşmamış telefonu əlindən salaraq sındırıb.
Avstraliyalının "iPhone 6" sevinci uzun sürmədi

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Avstraliyanın Pert şəhərində "iPhone 6"-nın ilk alıcısı mağazadan uzaqlaşmamış telefonu əlindən salaraq sındırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.

Cek adlı alıcı mağazanın qapısından çıxarkən yeni qutunu açıb telefonu mətbuata göstərmək istəyib. Amma cəmi bir saniyədən sonra Avstraliyada ilk satılan "iPhone 6" ilk "sınan" "iPhone 6"-ya çevrilib.

Yeni telefonun asfalta düşməsini lentə almağa macal tapan yerli müxbirin sözlərinə görə, həyəcandan alıcının ovuclarının içi tərlədiyinə görə iPhone onun əlindən sürüşüb düşüb.

Amerikanın Apple korporasiyası sentyabrın 9-da ekranlarının diaqonalı müvafiq olaraq 4,7 və 5,5 düyüm olan "iPhone 6" və "iPhone 6 Plus" modellərini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti