• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Maraqlı

İkimərtəbəli evini "iPhone 6"-ya dəyişən var

8 Oktyabr 2014 09:47 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Amerikanın Detroyt şəhərində daşınmaz əmlak agentliyinin saytında qeyri-adi təklif verilib: bir kişi ikimərtəbəli evini satır və ya onu "iPhone 6" ilə dəyişməyi təklif edir. Trend xəbər verir ki, bu barədə "Fox 2" telekanalı məlumat yayıb.

Üç yataq otağı olan kərpic ev hələ bir neçə ay bundan əvvəl beş min dollara satışa çıxarılmışdı. Avqustda onun qiyməti 3 min dollaradək aşağı düşüb. Ancaq özünü müflis elan edib şəhərdə mülk almağı arzu edən tapılmadığından evin sahibi onu yeni smartfona dəyişməyə qərar verib.

Rielitor bildirib: "Bu elan həqiqidir. Mənim müştərim xaricdə yaşayır və o, mənə bu sövdələşməni tapşırıb. Evin əvəzinə o, "iPhone 6 Plus" və ya yaddaşının həcmi 32 qiqabayt olan "iPad" istəyir".

ABC News-un məlumatına görə, mülkün sahibi Avstriyada yaşayır, o, heç vaxt Detroytda yaşamayıb.

Adı açıqlanmayan bu şəxs 2010-cu ildə bu evi icarəyə vermək üçün 41 min dollara alıb. Lakin o, satıcının həmin evi 2 həftə əvvəl cəmi 10,5 min dollara aldığını bilməyib. Şəhər tənəzzülə uğrayanda evi kirayələmək istəyən olmayıb.

Bu arada, daşınmaz əmlak agentliyinə artıq bu təkliflə maraqlananlar müraciət edib. Onlardan biri evi "iPhone 5"-lə dəyişdirməyi, ikisi isə ev üçün müvafiq olaraq 850 və 700 dollar təklif edirlər.

Qeyd edək ki, Detroyt şəhəri 2013-cü il dekabrın 3-də müflis elan edilib. Həmin vaxt şəhərin borcu 18,5 milyard dolları ötüb, büdcə kəsiri isə 280 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • iPhone 6
Azernews Newspaper
Digər xəbərlər
iPhone 6-nı enerji ilə 15 dəqiqəyə təmin edən cihaz
Maraqlı 6 Yanvar 2015 19:01
Avstraliyalının "iPhone 6" sevinci uzun sürmədi
Maraqlı 19 Sentyabr 2014 11:17
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter