...

McDonald’s-dan alınan kofenin içindən ölü siçan çıxıb

Maraqlı Materials 16 Oktyabr 2014 10:33 (UTC +04:00)
Kanadanın Frederikton şəhərinin sakini Ron Moyersin McDonald’s-dan aldığı kofenin içindən ölü siçan çıxıb.
McDonald’s-dan alınan kofenin içindən ölü siçan çıxıb

Azərbaycan, Bakı 16 oktyabr /Trend/

Kanadanın Frederikton şəhərinin sakini Ron Moyersin McDonald's-dan aldığı kofenin içindən ölü siçan çıxıb.

CBC xəbər verir ki, kişi axırıncı qurtumu içmək üçün stəkanın ağzını açanda orada ölü heyvanın olduğunu görüb. Bu barədə Trend "Qazeta.ru"ya istinadən xəbər yayıb.

Moyers müntəzəm olaraq buradan kofe aldığını deyib. O bildirib ki, bu dəfə kofeni içdikdən sonra halı pisləşib. O, ürəkbulanma və mədəsində ağrı hiss edib.

İnsidentdən sonra McDonald's-ın əməkdaşları kafenin binasına baxış keçiriblər, lakin orada gəmirici aşkar etməyiblər. Ölkənin Səhiyyə Nazirliyinin komissiyası da restoranın binasında siçanların olması əlamətini hiss etməyiblər.

Təhqiqat başa çatmadığından McDonald's hələlik bu şəxsdən üzr istəməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti