...

Pan Gi Mun Konçita ilə çoxdan tanış olmaq istəyirmiş

Maraqlı Materials 3 Noyabr 2014 18:48 (UTC +04:00)
2014-cü il "Eurovision" mahnı müsabiqəsinin qalibi avstriyalı Konçita Vurst (əsl adı Tomas Noyvirt) BMT-nin baş katibi Pan Gi Mun üçün mahnı oxuyub.
Pan Gi Mun Konçita ilə çoxdan tanış olmaq istəyirmiş

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

2014-cü il "Eurovision" mahnı müsabiqəsinin qalibi avstriyalı Konçita Vurst (əsl adı Tomas Noyvirt) BMT-nin baş katibi Pan Gi Mun üçün mahnı oxuyub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, P.G.Munun Avstriyaya rəsmi səfəri çərçivəsində baş tutub.

Məlumata görə, K.Vurst BMT-nin Vyana bölməsinin zalında P.G.Mun üçün iki mahnı ifa edib.

BMT baş katibi bəyan edib ki, "Eurovision"da qələbə qazanmasından sonra Konçita ilə tanış olmaq istəyib: "Konçitanın diskriminasiyaya qarşı apardığı mübarizəyə görə onunla çoxdan tanış olmaq istəyirdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti