...

100 yaşında paraşütdə

Maraqlı Materials 10 Noyabr 2014 12:49 (UTC +04:00)
Nyu York ştatından olan amerikalı qadın Eleanor Kannigem 100-cü ad gününü paraşütlə tullanaraq qeyd edib.
100 yaşında paraşütdə

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Nyu York ştatından olan amerikalı qadın Eleanor Kannigem 100-cü ad gününü paraşütlə tullanaraq qeyd edib. Bu barədə Trend Associated Press-ə istinadən məlumat verir.

E.Kannigem Skohari dairəsində nəvəsi ilə birlikdə yaşayır. O, paraşütlə tullanmaq üçün icazəni öz həkimindən alıb. Həkim qadının sağlamlığının istədiyi işlə məşğul olmağa imkan verdyini bildirib. E.Kannigem 90 yaşından paraşüt idmanı ilə məşğul olur.

Yubilyar "Saratoga Skydiving" mərkəzində paraşütlə tullanıb. Bu onun üçüncü tullanışı olub. Mərkəzin təlimatçısı Din Makdonald E.Kannigemin ən yaşlı müştərisi olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti