...

Dəqiqədə 100 min dollar qazananlar...

Maraqlı Materials 5 Fevral 2015 19:05 (UTC +04:00)
Çinin "Hurun" araşdırma şirkətinin məlumatına görə, ötən il dünyada milyarderlərin sayı 222 faiz artaraq 2 089 nəfərə çatıb.
Dəqiqədə 100 min dollar qazananlar...

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Məftun Salmanov/

Çinin "Hurun" araşdırma şirkətinin məlumatına görə, ötən il dünyada milyarderlərin sayı 222 faiz artaraq 2 089 nəfərə çatıb.

Trend-in "Star" qəzetinə istinadən verdiyi məlumata əsasən, hesabatda deyilir ki, Bill Qeyts, Karlos Slim və Varren Baffetin sərvəti 2014-cü ildə 52 milyard dollar artaraq 244 milyard dollar təşkil edib.

Hesabata əsasən, bu üç nəfərin sərvəti 2014-cü ildə dəqiqədə 100 min dollar çoxalıb.

Ötən ilin ən varlısı B.Qeytsin varidatı 25 faiz artaraq 85 milyard dollara çatıb. K.Slim və V.Baffetdə isə bu rəqəm müvafiq olaraq 83 və 76 milyard dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti