...

ABŞ-da GMO almalar satılacaq

Maraqlı Materials 14 Fevral 2015 14:05 (UTC +04:00)
ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində genetik modifikasiya olunmuş (GMO) almaların istehsalına və satışına razılıq verib.
ABŞ-da GMO almalar satılacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend/

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində genetik modifikasiya olunmuş (GMO) almaların istehsalına və satışına razılıq verib.

Trend-in "Wall Street Journal" dərgisinə istinadən verdiyi məlumata görə, Kanadanın "Okanagan Specialty Fruits" şirkəti tərəfindən istehsal edilən iki alma sorta ABŞ-da satışa çıxarılacaq.

Bu sortların adi sortlardan fərqi ondadır ki, adətən almanın zədələnən yerinin qaralmasına gətirib çıxaran oksidləşmə prosesi ləng gedir. Bu xassə meyvələrə cəlbedici satış görkəmini saxlamağa imkan verəcək.

"Okanagan Specialty Fruits" şirkətinin direktoru Nil Kareter qeyd edib ki, bu cür almalar satışa yalnız bir neçə ildən sonra buraxıla bilər.

Nazirlikdən qeyd ediblər ki, onların qərarı "Arctic Granny" və "Arctic Golden" adlı yeni alma sortlarının digər bitkilər və ya kənd təsərrüfatı məhsullarına təhlükə törətməməsinə əsaslanıb.

Amerikalı fermerlər, həmçinin bir sıra ətraf mühitin mühafizəçiləri qrupları bu təşəbbüsə öz etirazlarını bildiriblər. Onların sözlərinə görə, belə almaların xassələri hələ tam tədqiq olunmayıb, ona görə də onlardan istifadə insan sağlamlığına zərər vura bilər.

"Pew Research Center"in bu yaxınlardakı araşdırmalarına əsasən, alimlərin təqribən 88 faizi GMO məhsullardan istifadənin zərərsiz olduğunu iddia edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti