...

ABŞ-ın ən yaxşı iti Obamanın köpəyinin qohumudur (FOTO)

Maraqlı Materials 18 Fevral 2015 15:29 (UTC +04:00)
Nyu Yorkda keçirilmiş "Westminster Kennel Club Show" it şousunun qalibi "Miss Pi" ləqəbli it olub.
ABŞ-ın ən yaxşı iti Obamanın köpəyinin qohumudur (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Məftun Salmanov/

Nyu Yorkda keçirilmiş "Westminster Kennel Club Show" it şousunun qalibi "Miss Pi" ləqəbli it olub.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, 4 yaşlı it biql cinsindəndir.

Münsiflər heyəti uzun müddət qalibi seçməkdə çətinlik çəkib. Onlar 20 dəqiqə düşündükdən sonra qərarlarını açıqlayıblar. Qərar iti sahibini və azarkeşləri də təəccübləndirib.

Miss Pi ABŞ Prezidenti Barak Obamanın köpəklərindən birinin "əmisioğlu"dur. Qalib itə "Amerikanın iti" adı verilir və o, müxtəlif fotosessiyalarda və teleşoularda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti