...

Prezident ad günündə şir yeyəcək (FOTO)

Maraqlı Materials 18 Fevral 2015 17:01 (UTC +04:00)
Zimbabve Prezidenti Robert Muqabenin ad günü münasibətilə təşkil edəcəyi tədbir ölkədə böyük rezonans doğurub.
Prezident ad günündə şir yeyəcək (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Məftun Salmanov/

Zimbabve Prezidenti Robert Muqabenin ad günü münasibətilə təşkil edəcəyi tədbir ölkədə böyük rezonans doğurub. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb fevralın 28-də keçiriləcək tədbirin menyusu olub.

Zimbabve liderinə 91 yaşının tamam olması münasibətilə aralarında fil və aslanın da olduğu çox sayda vəhşi heyvan hədiyyə edilib.

Heyvanların ad günündə yemək menyusuna daxil edilməsi heyvan hüquqlarının müdafiəçilərini özündən çıxardıb. 20 min nəfərin iştirak edəcəyi tədbir lüks hoteldə təşkil ediləcək.

Tədbirin menyusu üçün 120 min dollardan çox vəsaitin xərcləndiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti