Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/
Britaniyalı iş adamı təbii mebel yetişdirir.
Trend xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyadan olan Qevin Manro 9 il əvvəl mebel yetişdirilməsi ilə məşğul olan "Full Grown" şirkətini təsis edib.
Onun üsulu çox sadədir - növcavan ağacların ucları kəsilir və budaqlar bir-birinə bağlanır. Böyümə prosesində budaqlar birləşərək vahid konstruksiya yaradır. Nəticədə təbii mebel alınır. Məsələn, seçilmiş ağacın növündən asılı olaraq stulun istehsalı 2 ildən 4 ilə qədər vaxt alır.
Əvvəlcə ağacın özəyinin bərkiməsinə imkan verilir, daha sonra o, karkasdan çıxarılır. Bundan sonra ona uyğun rəng seçilir. Q.Manro 9 il əvvəl 3 min ağac əkib. Hazırda mebel fabriki 400 mebel əşyası yetişdirir. Hər il 50 ədəd hazır məhsul istehsal edilir.