...

Böyük Britaniya universitetində Quranın qədim nümunələri tapılıb (FOTO)

Maraqlı Materials 22 İyul 2015 11:21 (UTC +04:00)
Böyük Britaniyanın Birminqham Universitetində dünyanın ən qədim Quran nümunələri tapılıb.
Böyük Britaniya universitetində Quranın qədim nümunələri tapılıb (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Böyük Britaniyanın Birminqham Universitetində dünyanın ən qədim Quran nümunələri tapılıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, əlyazmalardan ibarət olan bu nümunələrin 1370 il yaşı olduğu bildirilir.

Müqəddəs Quranın nümunələri bir əsrə qədər müddət ərzində Universitetin kitabxanasında aşkar olunmamış halda qalıb.

Belə ki, bu əlyazmalar Yaxın Şərq kitabları və əlyazmaları ilə birgə saxlanılıb və onların dünyada Quranın ən qədim nümunələrindən olması müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti