...

Bu xəbəri oxuyanlar acı bibərə girişəcəklər

Maraqlı Materials 6 Avqust 2015 01:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Hər gün acı yemək yeyənlər digərlərinə nisbətən daha çox yaşayırlar.

Trend-in Türkiyənin DHA agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq elm adamlarından ibarət qrupun Çində təqribən 500 min insan arasında apardığı araşdırmanın nəticələri belə deməyə əsas verir.

Araşdırma nəticəsində məlum olub ki, acı yemək yeyənlərin ürək-damar, xərçəng və tənəffüs yolu xəstələriklərinə tutulma riski digərləri ilə müqayisədə 14 faiz azdır.

Bu mənada elm adamları acı bibərin faydalarının çox olduğunu qeyd edirlər. Belə ki, acı bibər antibakterial xüsusiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti