...

Kosmosda növbəti “selfi” (FOTO)

Maraqlı Materials 19 Avqust 2015 10:35 (UTC +04:00)
Rusiyanın pilot-kosmonavtı, Beynəlxalq Kosmik Stansiyanın ekipaj üzvü Gennadi Padalka kosmosa 10-cu çıxışı zamanı “selfi” çəkib. Trend bu barədə Lenta.ru saytına istinadən məlumat verir.
Kosmosda növbəti “selfi” (FOTO)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Rusiyanın pilot-kosmonavtı, Beynəlxalq Kosmik Stansiyanın ekipaj üzvü Gennadi Padalka kosmosa 10-cu çıxışı zamanı "selfi" çəkib. Trend bu barədə Lenta.ru saytına istinadən məlumat verir.

Şəkil "Roskosmos" Federal Kosmik Agentliyinin rəsmi "Twitter" səhifəsində dərc olunub. Şərhlərdə bildirilib ki, G.Padalka şəkli avqustun 10-da çəkib.

Xatırladaq ki, G.Padalka kosmosda qalma müddətinə görə rekorda imza atıb. 57 yaşlı kosmonavt ümumilikdə orbitdə 828 gün qalıb.

Bu açıq kosmosda çəkilən yeganə "selfi" deyil. 2014-cü ildə amerikalı astronavt Stiven Suonson da özünün "Instаgram" səhifəsində avtoportretini yerləşdirmişdi.

Dünyada ilk kosmik "selfi"nin müəllifi isə amerikalı kosmonavt Bazz Oldrindir. 1966-cı ildə kosmosa çıxışı zamanı pilot kamera vasitəsilə Yerin fonunda şəkil çəkdirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti