Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Sosial şəbəkə istifadəçiləri polietilen paketlərdən hazırlanmış geyimlərdə "selfi"lər dərc edirlər. Trend-in "The Daily Mail"-ə istinadən verdiyi məlumata əsasən, fleşmob Tayvandda meydana gəlib.
Aksiya iştirakçıları adi supermarket paketlərini mayka və ya dəniz geyimi kimi istifadə edirlər. Qeyd olunur ki, "7-Eleven" marketlər şəbəkəsinin paketlərindən hazırlanmış "geyimlər"lə çəkilmiş şəkillər xüsusi statusa malikdir.
Xatırladaq ki, istifadəçilər arasında yayılan belə tendensiya dəb sənayesinin aktual trendləri ilə səsləşir. Belə ki, bu ilin aprel ayında Avstraliyada "Mercedes Benz" dəb həftəsində "St George New Generation" şousunda iştirak edən modellər də podiuma başlarında polietilen paketlərlə çıxmışdılar.