Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
ABŞ-da Yeni Orlean zooparkında nadir ağ timsah ölüb. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, heyvan doğulduğu gündən genetik xəstəlikdən əziyyət çəkirdi.
Timsah həyatı boyu zooloji bağçanın akvariumunda yaşayıb. Onun 28 yaşı var idi.
Qeyd edək ki, 5 milyon Amerika timsahından yalnız 15-i belə rəngi ilə öyünə bilər.