...

"Twitter" iş yerlərini azaldacaq

Maraqlı Materials 14 Oktyabr 2015 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

"Twitter" şirkəti doqquzillik fəaliyyəti dövründə iş yerlərinin ilk böyük ixtisarını planlaşdırır. Bu barədə Trend Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.

Bildirilir ki, 4100 əməkdaşın 336 nəfərinin işdən azad edilməsi nəzərdə tutulur ki, bu da ümumi ştatın 8 faizinə bərabərdir. İxtisarların aparılması elan edildikdən sonra şirkətin səhmləri 5,4 faiz bahalaşıb. "Twitter" ixtisara düşənlərin hamısına yeni iş tapmaqda yardımçı olacaq. Bəzi məlumatlara görə, şirkət strukturun yenidən qurulmasına 5-15 milyon dollar xərcləyəcək.

İxtisarlar şirkətin effektivliyini artırmaq məqsədilə həyata keçiriləcək. Twitter-in yeni rəhbəri Cek Dorsi bildirib: "Biz əminik ki, iş az işçi ilə daha sürətli gedəcək".

2006-cı ildə təsis edilən "Twitter" şəbəkəsindən hazırda 35-dən çox dildə istifadə mümkündür. Aktiv istifadəçilərin sayı 316 milyona yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti