...

89 yaşlı britaniyalı pensiyaçı oğrunu döyüb

Maraqlı Materials 11 Aprel 2016 13:15 (UTC +04:00)
89-yaşlı Surrey qraflığının (Böyük Britaniya) sakini Greys Smit evinə girən öğruya müxtəlif əşyalarla xəsarət yetirərək onu mənzilindən qovub.
89 yaşlı britaniyalı pensiyaçı oğrunu döyüb

Bakı. Elçin Hüseynov - Trend:

89-yaşlı Surrey qraflığının (Böyük Britaniya) sakini Greys Smit evinə girən öğruya müxtəlif əşyalarla xəsarət yetirərək onu mənzilindən qovub.

Bu barədə Trend "The Daily Mirror" qazetinə istinadən xəbər verir.

Kənar şəxs G.Smitin qapısını döyərək uydurulmuş bəhanə ilə evə daxil olmaq istəyib. Etirazla rastlaşan oğru pensiyaçı qadını itələyərək evə girib giymətli əşyaları axtarmağa başlayıb. Bundan qəzəblənən pensiyacı əlinin altına düşən əşyalarla, o çümlədən taxta cubuqla və lampa ilə oğruya xəsarət yetirməyə başlayıb.

Başından müxtəlif xəsarətlər alandan sonra "dəvət olunmamış qonaq" mənzildən nə isə götürməyə macal tapmamış evdən gacıb.

Hüquq-müfafizə orqanları tərəfindən hadisə araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti