...

Misirli gəncin mədəsindən 39 mismar və alışqan çıxdı

Maraqlı Materials 10 Avqust 2017 20:52 (UTC +04:00)
Misirli həkim xəstənin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxarıb.
Misirli gəncin mədəsindən 39 mismar və alışqan çıxdı

Bakı. Trend:

Misirli həkim xəstənin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxarıb.

Trend-in məlumatına görə, 30 yaşlı pasient cərrah Abdurrəhman Mustafaya müraciət edərək mədəsində ağrıların olduğunu deyib.

Ultrasəs müayinəsi zamanı xəstənin mədəsində qəribə predmetlər aşkarlayan cərrah pasienti əməliyyat edib. 3 saat davam edən əməliyyat nəticəsində gəncin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxıb. Xəstənin valideynləri onun belə əşyaları udduğunu və artıq bir neçə dəfə oxşar problemi yaşadığını deyiblər.

Xəbər lenti

Xəbər lenti