Bakı. Ceyhun Ələkbərov - Trend:
Yaponiyanın CRAZY şirkəti işçilərinə yuxularını düzgün idarə edəcəyi halda onlara daha çox pul ödəcəyini bildirib.
Trend-in məlumatına görə, bu barədə şirkət yerli mətbuata açıqlamasında bildirib.
Yeni yaradılan sistemin qaydalarına görə, bir işçi 5 iş günü ərzində 6 saatdan çox yuxu yatarsa, ona maaşından əlavə ödəniş də veriləcək. Ay ərzində davamlı olaraq sağlam yaşam tərzinə diqqət edəcək şəxs ballar sayəsində qazanc əldə edəcək.
Bir aya 1 000 bal topalayacaq işçi, 5 min yen (50 dollar) qazanacaq.