Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə toylarda şadlıq və sevinc əlaməti olaraq havaya atəş açılmasına rəsmən qadağa qoyulur.
Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.
Bu gündən etibarən Türkiyə Daxili İşlər Nazirliyi (DİN) 81 vilayətin vali və muxtarlarından toy zamanı havaya atəş açanlar haqqında yazılı olaraq polisə məlumat vermələrini xahiş edib.
Qeyd olunur ki, məclis başlamazdan əvvəl toy sahiblərindən mərasimdə silahdan istifadə edilməyəcəyi barədə yazılı iltizam alınacaq.
Bu qərar son zamanlar toylarda silahdan istifadə zamanı artan yaralanma və ölüm hallarının qarşısını almaq məqsədilə tətbiq olunur.