...

“Tikanlı” kontakt linzalar icad edilib

Maraqlı Materials 18 Noyabr 2018 20:57 (UTC +04:00)
“Tikanlı” kontakt linzalar icad edilib
“Tikanlı” kontakt linzalar icad edilib

Bakı. Trend:

Çin alimləri göz xəstəliklərinin müalicəsi üçün miniatür “tikanlı” kontakt linzalar hazırlayıblar.

Trend xəbər verir ki, linzanın itilənmiş kiçik piramidaları tədricən əriyən materialdan hazırlanıb və bu proses su ilə təmasda olduqda baş verir.

“Tikan”larda olan dərman səthi qişaya toxunmadan birbaşa gözün daxilinə nüfuz edir və bir neçə gün ərzində tamamilə həll olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti