...

Yenə çiyələyin içindən iynə çıxdı - Bu dəfə Yeni Zelandiyada

Maraqlı Materials 26 Noyabr 2018 16:51 (UTC +04:00)
Yeni Zelandiyada çiyələyin içindən iynə aşkar edilib
Yenə çiyələyin içindən iynə çıxdı - Bu dəfə Yeni Zelandiyada

Bakı. Trend:

Yeni Zelandiyada çiyələyin içindən iynə aşkar edilib.

Trend-in məlumatına görə, hadisənin baş verdiyi Ceraldin şəhərində araşdırma başlayıb.

Qeyd olunur ki, sakinlərdən biri çiyələyin içindəki iynəni vaxtında aşkar edib.

Yerli polis sakinləri ethiyatlı olmağa çağırıb.

Xatırladaq ki, bir neçə həftə əvvəl Avstraliyada çiyələklərin içində iynələr aşkar edilmişdi. Bu hadisə ilə bağlı çiyələk fermasının əməkdaşı həbs edilib. O, iynələri həmkarlarından intiqam almaq üçün çiyələklərin içinə yerləşdirdiyini etiraf etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti