Bakı. Trend:
Avstraliyalı baytarlar ilk baxışda məşhur "Pokemon" cizgi filmi və oyunundakı Pikaçu personajını xatırladan qəribə canlı ilə qarşılaşıblar.
Trend-in məlumatına görə, tülküyə bənzəyən bu possumun rəngi sarı-narıncıdır. Həkimlər onun qeyri-adi rəngini melaninin (rəng verən zülal) aşağı səviyyəsi ilə izah edirlər.
"The Age" nəşri yazır ki, bu possum faktiki olaraq yarıalbinosdur.
Mütəxəssislər "canlı Pikaçu"nun 5 aylıq olduğunu deyirlər. Onlar heyvanı hələ ki təbiətə buraxmaq istəmirlər, çünki rəngi yırtıcılar üçün cəlbedici ola bilər.
Deyilənə görə, zooloqlar Avstraliyada belə mutasiyalı possumlarla bir neçə dəfə qarşılaşıblar, lakin onları pokemonların fanatlarından qorumaq üçün yerlərini gizli saxlayırlar.