...

ABŞ-da it boyda dinozavr qalıqları tapılıb

Maraqlı Materials 4 Mart 2019 10:24 (UTC +04:00)
ABŞ-ın qərbindəki Yuta ştatında alimlər ən qədim tirannozavr qalıqları aşkar edib.
ABŞ-da it boyda dinozavr qalıqları tapılıb

Bakı. Trend:

ABŞ-ın qərbindəki Yuta ştatında alimlər ən qədim tirannozavr qalıqları aşkar edib.

Trend-in məlumatına görə, tapılan qalıqların yaşı təxminən 97-95 milyon ilə bərabərdir.

Qalıqlara əsasən, həmin tirannozavrın çəkisinin 87 kiloqram, ölçüsünün 1,2 metrə yaxın olduğu müəyyən edilib.

Məlum olub ki, daha qədim tirannozavrlar ölçülərinə görə iri it boyda olub. Onların daha sonra iriləşərək digər dinozavrlarla rəqabət apara bildiyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti